Almatıda etirazçılarla polis arasında toqquşmalar başlayıb
Tarix: 5-01-2022, 11:58
Newscenter.az.5.01.2022. Qazaxıstanın Almatı şəhərinin mərkəzində etirazçılarla polis arasında toqquşmalar başlayıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı xüsusi vasitələr tətbiq edir.
Bundan başqa, mitinq iştirakçılarının bir neçə asayiş keşikçisini döydüyü bildirilib.