Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bayram günlərində toylara görə 14 nəfər cərimələnib



Newscenter.az.5.01.2022. Bayram günlərində toylara görə 14 nəfər cərimələnib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qeyri-iş günlərində - 2021-ci il dekabrın 31-dən 2022-ci il yanvarın 5-dək DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 669 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 676 şadlıq sarayında, 19 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 139 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Xəbəri paylaş