Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir qrup hərbi qulluqçunun qar uçqunu altında qalması barədə məlumatlar yalandır



Newscenter.az.5.01.2022. Müdafiə Nazirliyi sosial şəbəkədə yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən Newscenter.az-a verilən məlumata görə, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun guya qar uçqunu altında qalması nəticəsində xəsarət alması barədə məlumatlar yayılıb.

"Bildiririk ki, xəbər yalandır və həqiqəti əks etdirmir. KİV nümayəndələrinə bir daha müraciət edərək rəsmi təsdiqini tapmayan məlumatları yaymamağı tövsiyə edirik", - Nazirlik qeyd edib.
Xəbəri paylaş