Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan hadisələrindən udan Kreml olacaq

Qazaxıstan hadisələrindən udan Kreml olacaq


Newscenter.az.5.01.2022. Qazastanda ya Belarus, ya da Ukrayna ssenarisi olacaq və iki ssenaridə də udan yenə Kreml olacaq - bunu görməmək üçün siyasi “kor” olmaq lazımdır, romantik “demokratiya” şüarları ilə ilə yazılan yazıları oxuyanda öz intellektimə və ölkədəki bəzi kəsimlərə yazığım gəlir.

Görüdüyüm odur ki, dekabrın sonunda MDB ölkələrinin qeyri-rəsmi sammitində Nazarbayev Putinin hansısa ciddi tələbini qəbul etməyib, Tokayev isə “ağsaqqalın” kölgəsində qalmaqdan bezib, Kremlə, “o nə etmirsə, mən edərəm”, sözünü verib.

Nazarbayev getdi, indi Tokayev kosmetik dəyişikliklərlə, Nazarbayev “JUS”-nun (klanının) nümayəndələrinə qarşı repressiyalarla reytinqini artıracaq, amma Moskvaya daha yaxın olacaq – buna məhkumdurlar. Qazaxstanın Rusiya ilə 7600 km quru sərhədi var, ölkədə 40%-dən çox etnik rus (rusdilli) yaşayır, əgər Kremlin istədikləri olmasa Ukrayna ssenarisi işə düşəcək, Qazaxstanda bir “Donbas” yerinə beş “Donbas” yaranacaq – Qazastanda milli siyasi elita yoxdur, “JUS”-lar var, klanlar var, onların da hamısı Kremlə bağlıdır. Yəni, Qazaxstan “Ukrayna” yolu ilə getsə ərazisinin böyük bir hissəsini itirəcək.

Əgər Belarus ssenarisi olsa (Belarusda olan-bitənlərin arxasında məhz Kreml dururdu – istəyinə də nail oldu), Tokayev “İttifaq Dövləti” modelinə uyğun olaraq Rusiya ilə yeni sazişlər, daha dərin inteqrasiya müqavilələri imzalayacaq, 2022-ci il ərzində, SSRİ-nin 100 illiyi yubeleyində Rusiya-Belarus-Qazaxstan yeni şərtlərlə İttifaq Dövləti elan edəcəklər.

Beləliklə, bu gün Qazaxstanda olan hadisələrin arxasında Tokayevin özü dayanır, icazəni də Moskvadan alıb. Hər iki ssenaridə Rusiya qazanır – birincidə böyük ərazilər, ikinci ssenaridə yeni İttifaq Dövləti.

Putin Qərblə “böyük savaşdan” öncə öz sıralarını möhkəmləndirir, əvvəl Belarusu, indi də Qazaxstanı tam nəzarətə götürür – bu hadisələr hamıya dərs olmalıdır. Proseslərin mənə maraqlı olan tərəfi odur ki, Qazaxstanda daha mürəkkəb və effektiv idarəetmə sistemi qurulub, hökumət parlamentin təsdiqindən çıxır, Prezident dövlət başçısıdır, hökuməti tənqid edə, istefaya göndərə bilər, necə ki, bunu indi orda gördük – Tokayev hökuməti istifaya göndərdi.

İllərdir məhz bunu deyirik – Əliyev Qazaxstanda baş verənlərdən məhz bu yöndə dərs çıxartmalı, xarici və daxili təzyiq mexanizmlərini amortizasiya edə biləcək yeni Konstitutsiyanın qəbulu təklifini gecikdirməməlidir. Ölkənin indiki primitiv idarəetmə sistemi Putinin yeni "İttifaq" layihəsinə sinə gəlmək üçün yetərli deyil. Yaxın aylarda bizim əsas məqsədimiz məhz bu təhlükədən yan keçməyə nail olmaq üçün işlək idarəetmə sisteminin yradılması olmalıdır.

"Xorddan" geri dönür...

Natiq Cəfərli-REAL Partiyasının sədr müavini
Xəbəri paylaş