Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dünyası birliyinin güclənməsini istəməyənlər hərəkətə keçiblər



Newscenter.az.5.01.2022 Qardaş Türkiyədən sonra dost Qazaxıstanda da süni şəkildə yaradılan sosial-iqtisadi problemlər ilə ictimai-siyasi sabitliyin pozulması, qrant, vədlər qarşılığında marginal qrupların küçələrə çıxarılması cəhdlərini görürük. Görünür, Türk dünyası birliyinin güclənməsini istəməyənlər hərəkətə keçiblər. Bu, əlbəttə ki, dərin təhlilin mövzusudur...

Lakin bu məsələdə başqa bir istiqamət diqqət çəkir. İnandırıcı deyil ki, Azərbaycanda bir nəfər də olsun Türkiyədə, yaxud Qazaxıstanda baş verənlərə sevinən tapılsın. Amma Əli Kərimli və onun dəstəsini istisna etmək lazımdır. Çünki qardaş və dost ölkələrdə baş verən proseslərə Azərbaycanda sevinən ancaq radikal müxalifətdir. Elə ona görədir ki, qardaş Türkiyədə də, dost Qazaxıstanda da süni etiraz aksiyalarının keçirilməsini Ali Karimli (Əli Kərimli) və onun başı pozuq dəstəsi bəh-bəhlə yayır, paylaşır.

Yəqin ki, xatırlayırsınız, Venesuelada, Suriyada, Belarusda eyni ssenarilər üzrə proseslər başladıqda başda Ganimat Zahid və Sevinc Osmanqizi, eləcə də AXCP-nin trol qrupları olmaqla ən pis nümunələrin Azərbaycana transformasiyasının məqsədli təbliğatını qurur, "lider" kimi də blogger Əli Kərimlini göstərirdilər. İndi də Türkiyədə, Qazaxıstanda baş verənləri sevincək paylaşır, niyyətlərini bəlli edirlər...

Görünür, bu dağıdıcılar, terminatorlar üçün Azərbaycan dövlətinin sabitliyi, xalqın təhlükəsizliyi, rifahı maraqlı deyil. Onlar üçün əsas hakimiyyət naminə ən axırıncı yollara əl atmaq, qrant, ianə yemək, hətta, şeytanla da əməkdaşlıq etməkdir.

Buna görə də, Azərbaycan xalqı Əli Kərimlini, trol dəstəsini erməni lobbisinə xidmət edən, Qərbdəki fondların qrantı naminə Vətənini satan, Paşinyanı xaç atası kimi qəbul edən radikallar kimi tanıyırdısa, bundan sonra da Türk dünyasının da düşməni olaraq biləcək...

Ramil Vəlibəyov, YAP Nizami rayon təşkilatının sədri
Xəbəri paylaş