Newscenter.az.5.01.2022. "Unun qiymətinin bu qədər bahalaşması başa düşülən deyi. Unun bahalaşması ilə çörəyin qiyməti də qalxacaq. Bəziləri deyir ki , çörəyin qiyməti qalxdığına görə aztəminatlı ailələrin müdafiəsi üçün tədbirlər görülməlidir. Amma bu , kifayət deyil".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, çünki yalnız çörəyin deyil, hər şeyin qiyməti qalxacaq və hamının dolanışığına ağır zərbə olacaq:
"Qarabağın azadlığı , Şuşanın fəthinə yumruq kimi birləşərək qalxmış xalqı ÇÖRƏKLƏ imtahana çəkmək olmaz. Vəziyyətdən yararlanmaq üçün çığır - bağır salan girəvə zəlillərini qınayırıq , onları xalqın taleyi deyil , xal toplamaq maraqlandırır. Eyni zamanda , unun qiymətinin qalxmasına imkan vermış hakimiyyəti qınayırıq. Nəyin bahasına olursa olsun buna imkan verməməli idilər və təcili tədbir görüb vəziyyəti bərpa etməlidirlər. Əminik ki , hakimiyyət unun əvvəlki qiymətinin bərpa olunmasının yolunu tapacaq".
Mehman