Newscenter.az.6.01.2022. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, S.Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu yaxın gələcəkdə "3+3" formatında növbəti görüşə hazırlaşmaq barədə razılığa gəliblər: "Onlar ilk belə görüşü müsbət qiymətləndiriblər. Növbəti görüşün keçirilməsi planlaşdırılıb”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, bu gün Türkiyə və Rusiya XİN başçıları arasında telefon danışığı olub.