Newscenter.az.6.01.2022. Masallıda qanunsuz ov edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Masallı rayon sakini N.Səfərov saxlanılıb.
Ondan 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl quşları aşkarlanıb.
Faktla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) və 590.2-ci (Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) maddələri ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.