Newscenter.az.6.01.2022. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Ağstafa və Neftçala rayonlarının inzibati ərazisində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Newscenter.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Ağstafa rayon sakini Məmmədqulu Hüseynov və Neftçala rayon sakini Ramiz Bağırov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
“Salyan rayonunda isə qanunsuz ov edən rayon sakini Novruz İbrahimov saxlanılıb.
Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.
Mehman