Newscenter.az.6.01.2022. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, tərəflər iki ölkə arasındakı əlaqələri müzakirə ediblər.
Nazirlər həmçinin NATO-Rusiya Şurasının iclası, Qazaxıstan, Bosniya və Herseqovina və Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.