Newscenter.az.6.01.2022. Türkiyə ilk milli döyüş təyyarəsi 2025-ci ildə ilk uçuşunu həyata keçirəcək.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı qeyd edib ki, 2023-cü ildə milli döyüş təyyarəsinin təqdimatı keçiriləcək, iki il sonra isə sınaq uçuşları planlaşdırılır.
"Yeni təyyarələrin 2029-cu ildə fəal şəkildə istifadəsinə başlanılacaq", - Ərdoğan vurğulayıb.