Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Naxçıvan" restoranında karantin qaydaları pozulub



Newscenter.az.7.01.2022. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 6-da ölkə üzrə 417 ictimai iaşə obyektində 731 monitorinq keçirilib. Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi ‎rayonu, Şövkət Məmmədova küç., ev 7 ünvanında yerləşən, fiziki şəxs Hüseynzadə İsgəndər Hikmət oğluna məxsus restoran;
2. Bakı şəhəri, Səbail ‎rayonu, Nizami küç., ev 70 ünvanında yerləşən, fiziki şəxs Rəhimov Cabbar Nazim oğluna məxsus restoran;
3. Bakı şəhəri, Yasamal ‎rayonu, Parlament pr., ev 8A ünvanında yerləşən, hüquqi şəxs “ERA 2020” MMC-yə məxsus “Naxçıvan” restoranı;
4. Abşeron rayonu, Xırdalan şəhəri, H. Z. Tağıyev küçəsində yerləşən, fiziki şəxs Məmmədov Namiq Elxan oğluna məxsus dönərxana.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Sevinc
Xəbəri paylaş