Newscenter.az.8.01.2022. 2022-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplanışlar keçirilir.
Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Toplanışlarda zabitlərin bilik və bacarıqları, eyni zamanda fiziki hazırlığı qiymətləndirilir, müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri təkmilləşdirilir.
Keçirilən toplanışların əsas məqsədi zabitlərin bölmələri idarəetmə üzrə nəzərə bilikləri və peşəkarlıq səviyyələrinin artırılmasıdır.