Oğurlanan 2 yaşlı körpə polis əməkdaşları tərəfindən tapılıb, saxlanılanlar var-FOTO
Tarix: 8-01-2022, 19:25
Newscenter.az.8.01.2022. Ötən il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində tapılıb.
Bu barədə Newscenter.az-a DİN-in Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov məlumat verib.
Məlumata görə, körpəni oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.
Araşdırmalar davam etdirilir.
Mehman