Newscenter.az.8.01.2022. "Qazaxıstan hadisələrindən hələlik ilkin hasil olan nəticə budur ki, hər hansı xarici qüvvənin əlinin olub-olmamasından asılı olmayaraq bu ölkədə dövlət zəif quruluşa və mexanizmə malik imiş".
Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Pərviz Heydərov səsləndirib. o bildirib ki, o boyda ölkəyə belə zəif dövlət strukturu və idarəçiliyi nə vaxtsa öz faciəsini göstərməli idi:
"Ümumiyyətlə, ölkənin müstəqilliyi və mənafeyi ilə bağlı müəyyən qırmızı xətt deyilən bir şey vardır! Vəziyyət nəzarətdən çıxdığı təqdirdə Dövlət qan tökməyə belə hazır olmalıdır".
Mehman