Newscenter.az.8.01.2022. "KTMT sülhməramlı qüvvələri" adı altında Qazaxıstana daxil olmuş Rusiya ordu hissələrinin və onların nəzarətinə götürülmüş obyektlərin siyahısı:
98-ci hava-desant qüvvələri diviziyası:
- Nur-Sultan (Astana) hava limanı;
- Qazaxstan Ordusu Baş Qərargahının binası;
- Dövlət televiziyasının binası;
45-ci hava-desant qüvvələri diviziyası:
- Almatı hava limanı;
- Qazaxıstan hərbi-hava qüvvələrinin qərargahı;
- Nur-Sultan şəhəri (paytaxt);
602-ci hərbi baza (mümkündür ki, bu, Belarusa aid hərbi birləşmədir):
- Şimkent şəhəri.
31-ci hava-desant briqadası:
- Ust-Kamenoqorsk şəhəri;
- Kazatomprom (Qazaxıstan Milli Atom Sənayesi Şirkəti).
FSB-nin "Senej" Xüsusi Təyinatlı Mərkəzi
- Prezident sarayı (Nur-Sultan)
- Mərkəzi Bank
- Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin binası
414-cü xüsusi dəniz piyadaları taboru:
- Aktau dəniz limanı
Siyahıdakı 45-ci və 98-ci hava-desant diviziyaları Qazaxıstana tam heyətdə yeridilibsə o zaman söhbət azı 7-8 min hərbçidən gedir. Bundan başqa da Ruisya ordusunun hava-desant diviziyalarının bəzilərinə xüsusi aviasiya alayları da daxildir. Bu diviziyaların aviadəstələrinin Qazaxıstana yeridilməsi haqda məlumat verilmir.
Digər bir məqam isə Rusiya ordusu tərəfindən təkcə mühüm dövlət obyektlərinin deyil, həmçinin Qazaxıstan ordusunun HHQ-nin və Baş Qərargah binalarının nəzarətə götürülməsidir ki, bu da diqqət çəkməyə bilməz. Belə çıxır ki, Qazaxıstan ordusu faktiki iflic vəziyyətinə salınıb.
Bu isə yalnız işğal zamanı həyata keçirilməsi zəruri olan addımdır.
Bundan başqa, daxil olan məlumatlarda talanlar zamanı on minlərlə pasport plankının və Qazaıstan Milli Təhlükəsizlik Komitəsinin Almatı idarəsindən agenturanın şəxsi işlərinin və xüsusi əməliyyatlarla bağlı sənədlərin yoxa çıxdığı bildirilir.
Ərəstun Oruclu-"Şərq-Qərb" Analitik Mərkəzinin sədri