Newscenter.az.8.01.2022. Sabahın hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 9-na olan məlumatına əsasən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 20 m/s-dək güclənib, Altıağacda 23 m/s qeydə alınıb.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrdir.
Gün ərzində küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi, gecəyə doğru isə tədricən 18-20 m/s olacaq.
Küləkli hava şəraiti ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur.
Yanvarın 9-dan 10-na keçən gecə 8-13 m/s-dək mülayimləşəcək.