Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TƏBİB cənub zonasının baş həkimləri ilə regional görüş keçirdi



Newscenter.az.8.01.2022. TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Cəlilabad-Salyan və Lənkəran Tibbi Ərazi Bölmələrinə (TƏB) daxil olan Biləsuvar, Salyan, Neftçala Cəlilabad, Lənkəran, Lerik, Masallı, Astara və Yardımlı Rayon Mərkəzi Xəstəxanalarının direktorları ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüş zamanı Vüqar Qurbanov icbari tibbi sığortanın tətbiq edilməsi, elektron göndərişlərin verilməsi, o cümlədən tibbi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlarını verilib.

Daha sonra Xəstəxana rəhbərlərinin təklifləri dinlənilib və gələcəkdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sevinc
Xəbəri paylaş