Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev yazır: Dmitri Medvedevin bu səfərdən xəbəri varmı?



Newscenter.az.8.01.2022. Azərbyacan öz ərazi bütövlüynü bərpa etdikdən sonra Qarabağa, o cümlədən Azərbaycan vətəndaşları olan ermənilərin yaşadığı Xankəndinə və digər ərazilərə səfər edənlərə yalnız respublikamızın qanunlarının tələbləri əsasında girişinə icazə verilirş. Xarici İşlər Nazirliyinin bu barədə dəfələrlə bəyanat verməsinsə baxmayaraq, bəzi ölkələrin siyasətçiləri, deputat və hökumət üzvlərinin qanunsuz səfərlərinə yenə də rast gəlinməkdədir.

Bu günlərdə Rusiya Federasiyasının hakim “Vahid Rusiya” partiyasının üzvü Vitali Milonov Azərbaycan ərazilərinə qanunsuz səfər edib. Milonovun Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edərək ermənilərlə görüşlər keçirməsi birinci dəfə deyil, o indiyədək bir neçə də bu cür hərəkətlərə yol verib.

Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı deputatın Qarabağa qanunsuz səfəri ilə bağlı “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə etiraz məktub göndərməsi siyasi mənsubiyyətindən asılı olmayaraq bütün dünya dövlətlərinin iqtidar partiyalarının rəhbərlərinə xəbərdarlıqdır. Cənab Prezident anlatmağa çalışır ki, Azərbaycanla müanisbətləri olan ölkələrin siyasi xadimləri, hakim partiyalarının rəhbərləri, o cümlədən “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev öz deputatlarının fəaliyyətinə nəzarət etsinlər. Azərbaycan ərazilərinə, Qarabağa səfər edərkən Azərbaycan dövlətinin qanunlarının tələblərinə riayət etsinlər, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı hörmətsizlik nümayiş etdirənlərlə bağlı ən sərt tədbirlər görülür.

Hazırda Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası, sülh sazişinin təxirə salınmadan hazırlanması ilə bağlı fəal işlər görülür, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli hökumətlərarası komissiya regionda sülhün və sabitliyin bərqərar olunması istiqamətində müvafiq addımlar atır, dəhlizlərin və kommunikasiyaların açılması məsələsində ilk müsbət siqnallar var. Bu prosesdə Rusiyanın xüsusi fəallığını unutmaq olmaz, Cənab Putinin bölgədə sülhün təmin edilməsində xidmətləri böyükdür. Bütün bunların müqabilində Rusiyanın hakim partiyasının deputatının kövrək sülhü pozmağa çalışan və revanşist hərəkətlərə cəhd edən erməni separatçıları ilə görüşü vəziyyəti gərginləşdirməyə və bölgədə ermənilərin Azərbaycan Respublikasının qanunları əsasında birgə sülh içində yaşamasına, ümumiyyətlə sülh quruculuğna mane olur.

Ona görə də Rusiya dövlətinin sülhyaratma addımlarına xələl gətirən belə hallara qarşı D.Medvedev də lazımi tədbirlər görməlidir. Onun rəhbərlik etdiyi partiyanın üzvlərinə başa salınmalıdır ki, bu cür tədbirlər onlara xeyir gətirməz, “qara siyahıya” salına bilərlər. Necə ki, bir müddət əvvəl Fransanın Fransanın ermənipərəst rəsmi şəxslərinin, Fransa Milli Assambleyasının üzvlərinin və Fransa Prezidentliyinə namizəd Valeri Pekressin Xankəndinə qanunsuuz səfərləri ilə bağlı Azərbaycan Respublikası tərəfindən ən sərt tədbirlər görüldü, həmin şəxslər persona non-qrata elan edildilər.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş