Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almatıda 20 nəfərdən ibarət silahlı dəstə saxlanılıb



Newscenter.az.9.01.2022. Qazaxıstanın Almatı şəhərində 20-dən çox silahlı şəxs saxlanılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Saxlanılan şəxslərdən 40-a yaxın silah-sursat götürülüb.

Müsadirə edilən silahlar sırasında 25 Makarov tapançası, 5 Kalaşnikov avtomatı, tüfəng və ov tüfənginin olduğu qeyd edilir. Həmçinin, onlardan müxtəlif çaplı 500 patron götürülüb.
Xəbəri paylaş