Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almatıda yenidən atışma səsləri eşidilir



Newscenter.az.9.01.2022. Qazaxıstanın Almatı şəhərinin bəzi ərazilərində atəş səsləri eşidilir.

"Report" "RİA Novosti" istinadən xəbər verir ki, polis əməkdaşları Almatının Baytursinov küçəsində bir nəfəri saxlayıblar.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşların baş verdiyi bölgələrin demək olar ki, hamısında vəziyyət sabitləşib.

Asayişin bərpası üzrə əməliyyat davam edir. Kommunal obyektlərin işi bərpa olunur.

Qazaxıstanda hazırda fövqəladə vəziyyət rejimi qüvvədədir.
Xəbəri paylaş