Newsenter.az.9.01.2022. Milli Məclisin deputatı Müşfiq Cəfərov Gəncənin veteran futbolçusu Novil İsmayılovla görüşərək onun ölkənin ikinci böyük şəhərində uşaq futbolunun inkişafına dair təkliflərini dinləyib.
Newsenter.az Deputat Qərargahına istinadən xəbər verir ki, iki dərsliyin müəliffi olan qocaman oyunçu məşqçilərin fəaliyyətini daha da təkminləşdirmək üçün mütəmadi olaraq fəaliyyətlərin yoxlanılmasının, məşqçilər şurasının yaradılmasını təklif edib.
Həmçinin, Novil İsmayılov qeyd edib ki, peşəkar idmançılar yetişdirməyə məktəblərdən ibtidai siniflərdən başlanılmalıdır. O, əksər əlverişli şəraiti olan təhsil ocaqlarının texniki avadanlıqlarla təmin olunmasını və valideyn komitələrinin yaradılıb, daimi olaraq idmana nəzarət edilməsinin vacib olduğunu vurğulayıb. Bütün təklifləri dinləyən deputat sonda öz təkliflərini də əlavə edib. Millət vəkili xüsusi olaraq məhəllə futbolunun inkişafı üçün, məhəllələrdə olan meydançaların təmir və bərpasının əhəmiyyətini qeyd edib. Parlametin Gənclər və İdman Komitəsinin üzvü eləcə də, məktəblərdə futbol, cüdo və digər idman növlərinin dərs olaraq seçmə fənn kimi tədris olmasını da diqqətə çatdırıb. Deputat xüsusi olaraq bütün federasiyaların nümayəndəliklərinin də Gəncə kimi böyük bir şəhərdə yaradılmasının vacib olduğunu deyib.
Veteran futbolçu millət vəkilinə daim Gəncə idmanına olan diqqət və qayğısına görə təşəkkür edib. Təkliflərin lazımi qurumlara çatdırılmasını xahiş edib.
Mehman