Newscenter.az.9.01.2022. Fransanın paytaxtı Parisdə sanitar keçidlərin və məcburi peyvənd əleyhdarlarının növbəti nümayişləri başlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, nümayiş polislə toqquşmalarla müşayiət olunub.
Etirazçıları dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.
Nümayişlər ölkənin digər şəhərlərində də keçirilib. Strasburq, Tulon, Marsel, Bordo küçələrində etirazçılar peyvənd əleyhinə şüarlar səsləndiriblər.
Qeyd edək ki, Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) sanitar keçidin peyvəndlə əvəz edilməsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Yanvarın 10-da Senat (parlamentin yuxarı palatası) sənədin müzakirəsinə başlayacaq.