Newscenter.az.9.01.2022. Qazaxıstanda iğtişaşlar zamanı ölənlərin sayı 164-ə çatıb.
Newscenter.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yanvar ayında Qazaxıstanda iğtişaşlar başlayandan bügünədək Almatı şəhərində 103, Qızılorda vilayətində 21, Jambıl vilayətində 10, Almatı vilayətində 8 nəfər ölüb.
Bundan başqa ölkədə ayasiş pozucularına qarşı həyata keçirilən tərbirlər nəticəsində 6 min nəfər həbs edilib.
Mehman