Newscenter.az.9.01.2022. Qazaxıstan hüquq-mühafizə orqanları iğtişaşlar zamanı 6 minə yaxın insanı saxlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Hazırda 125 cinayət işi açılıb, 5,8 min nəfər polisə gətirilib, onların arasında xeyli sayda əcnəbi var", - məlumatda deyilir.
Ölkənin bütün rayonlarında vəziyyətin sabitləşdiyi, əməliyyat şəraitinə tam nəzarətin bərpa edildiyi, hüquq-mühafizə orqanları tərəfindən əvvəllər zəbt olunmuş bütün inzibati binaların azad edildiyi, kommunal obyektlərin işinin davam etdirildiyi bildirilir.
"Kasım-Jomart Tokayev vurğulayıb ki, güc strukturları ölkədə ictimai asayişin və təhlükəsizliyin tam bərpası üçün bütün lazımi tədbirləri görəcək", - mətbuat xidməti qeyd edib.
Anar TAGIYEV