Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın vaxtlarda bütün növ ət və ət məhsullarının qiyməti BAHALAŞACAQ



Newscenter.az.9.01.2022. Azərbaycan prezidentinin “Dövlət rüsumu haqqında” Qanuna etdiyi dəyişikliklərə görə 1 yanvardan heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının, baytarlıq şəhadətnaməsinin və arayışının verilməsi və yaxud ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması, qida təhlükəsizliyi sertifikatının verilməsi üçün dövlət rüsumları artırılıb. Bu dəyişiklik satıcıların məsrəfini artdırğından, mövsümi amillər fəallaşdığından yaxın zamanlarda bütün növ ət və ət məhsullarının, balıq və balıq məhsullarının, yumurtanın, süd və süd məhsullarının, balın qiyməti yenidən bahalaşacaq. Eyni zamanda un və un məmulatları, taxıl məhsulları və çörəyin qiymət artımı davam edəcək. Hazırkı qiymət son səviyyə deyil.

Əvvəlcədən qeyd edim ki, birinci qrup məhsulların qiymət bahalaşmasının Rusiya və digər ölkələrdə gedən proseslərlə əlaqəsi yoxdur, onun səbəbini pis idarəçilikdə və mövsümi amillərin fəallaşmasında axtarmaq lazımdır.

İkinci qrup məhsullara gəlincə, onun başlıca səbəbi inhisarçılıqdadır.

Fikrimcə, bu dəfəki qiymət artımları ən azı iki nəticə doğuracaq.

1. Bir sıra məhsullar, məsələn, balıq və balıq məhsulları, hətta bəzi hallarda ət və ət məhsulları aztəminatlı əhalinin menyusundan çıxacaq, onların çörəyə olan tələbatı artacaq.

2. Bazarda adı çəkilən bir sıra məhsullar üzrə keyfiyyətsiz malların satış payı artacaq.

Qubad İbadoğlu-iqtisadçı ekspert
Xəbəri paylaş