Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda 16 jurnalist koronavirusdan vəfat edib



Newscenter.az.10.10.2022. Azərbaycanda 16 jurnalist koronavirusdan ölüb.

Bu barədə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) Azərbaycan jurnalistlərinin 2021-ci il üzrə sosial durumu və media məkanı ilə bağlı baş vermiş hadisələrə dair illik hesabatında bildirilib.

Qeyd olunub ki, COVID-19 pandemiyasının təsirləri 2021-ci ildə də özünü göstərib: "Monitorinqin nəticələrinə görə, jurnalistlər arasında yoluxanların sayı 288 nəfərə yaxın olub (2020-ci ildə 117 nəfər olmuşdu ). Bununla da 2020 və 2021-ci illərdə yoluxanların ümumi sayı 405 nəfərə çatıb. COVİD-19-a yoluxma səbəbindən həyatını itirən jurnalistlərin sayı 2021-ci ildə 8 nəfər olub (2020-ci ildə də 8 nəfər olub). Bununla da 2020 və 2021-ci illərdə koronavirusdan həyatını itirən jurnalistlərin ümumi sayı 16 nəfərə çatıb".

"Tibbi Ərazi Birliklərinin İdarəetmə Birliyi (TƏBİB) Mətbuat Şurasının müraciətini nəzərə alaraq, jurnalistlər üçün növbədənkənar peyvəndləmə kampaniyasını həyata keçirib. Kampaniya çərçivəsində 800 nəfərdən çox jurnalistə növbədənkənar peyvəndləmə həyata keçirilib", - məlumatda vurğulanıb.
Xəbəri paylaş