Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda COVID-19-la bağlı vəziyyət sabitdir



Newscenter.az.10.10.2022. “Hazırda Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyət sabitdir".

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, yoluxma hallarının sayındakı rəqəmlər də bunu sübut edir.

Qeyd edək ki, son günlər ölkədə koronavirusa yoluxma saylarında azalma qeydə alınır. Belə ki, ötən sutka 555 nəfər virusa yoluxub, hazırda aktiv xəstə sayı 7 228 nəfər təşkil edir.
Xəbəri paylaş