Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Lider TV"nin sabiq əməkdaşını öldürən şəxsə irəli sürülən maddə ağırlaşdırılıb



Newscenter.az.10.01.2022. Bakıda qadını qətlə yetirən şəxsə irəli sürülən maddə ağırlaşdırılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 4-də Xətai rayonu ərazisində Nahidə Həsənovanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs Orxan Alıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsindən həmin Məcəllənin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsinə tövsif edilib.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, N.Həsənova bağlanmış "Lider" Televiziyasında texniki şöbədə işləyib.
Xəbəri paylaş