Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili vətəndaşların şikayətlərini dinləyib



Newscenter.az.10.01.2022. Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayon sakinləri, eləcə də Azərbaycanın müxtəlif bölgələrində yaşayan vətəndaşlarımız tərəfindən edilən müraciətlər əsasında növbəti vətəndaş qəbulunu keçirib, müxtəlif mövzular üzrə səsləndirilən şikayət və təklifləri dinləyib.

Deputat qərargahından Newscenter.az-a verilən məlumata görə, görüş zamanı qəbul iştirakçıları tərəfindən dilə gətirilən əsas problemlər sırasında xəstəlikdən əziyyət çəkən sakinin müalicəsinə maliyyə vəsaitinin ayrılması, məhəllələrin abadlaşdırılması, Keşlə qəsəbəsində kanalizasiya sistemində yaranmış problemin aradan qaldırılması, işlə təmin olunmaqla və əmək təqaüdünə çıxmaqla əlaqədar vətəndaşların qarşılaşdığı çətinliklər və s. bu kimi məsələlər başlıca yer almışdır.

Qəbulun sonunda isə K.Nurullayeva görüş iştirakçılarının diqqətinə çatdırıb ki, səlahiyyətləri daxilində qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

Ruhiyyə
Xəbəri paylaş