Newscenter.az.10.10.2022. Ötən il Azərbaycanda yol verdikləri nöqsanlara görə 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.
Bu barədə Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində bildirilib.
Qeyd edilib ki, onlardan 2-i prokurorluq orqanlarından xaric edilib, 5 nəfər vəzifədən azad edilib, 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq olunub.