Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabiq deputatdan Kənd Təsərrüfatı Nazirliyinə HAQLI İRAD-VİDEO

Sabiq deputatdan Kənd Təsərrüfatı Nazirliyinə HAQLI İRAD-VİDEO


Cahangir Hüseynov: "Kənd Təsərrüfatı Nazirliyi bu gün nə iş görür? Ciddi mənada heç nə"

Newscenter.az.10.10.2022
. “Hər bir vətəndaş kimi mən də ölkədə un məmulatları və çörəyin qiymətinin qalxmasından razı qala bilmərəm”.

Newscenter.az xəbər verir ki, bu fikirləri kanal24.az-a müsahibəsində sabiq millət vəkili Cahangir Hüseynov səsləndirib. O, ölkədə unun və çörəyin qiymətinin qaldırılmasının köklü səbəbləri olduğunu deyib:

“Birinci növbədə biz dövlət olaraq taxılçılığın inkişaf etdirilməsinə diqqət yetirməliyik. Bu gün bir çox ölkələrdə Kənd Təsərrüfatı Nazirliyi olmasa da, lakin həmin ölkələrdə bizim kimi problemlər yaşanmır. Azərbaycanda bu gün çox böyük kadr potensialı olan Kənd Təsərrüfatı Nazirliyi mövcuddur. Ancaq gəlin diqqət edək görək, bu nazirlik nə iş görür? Ciddi mənada heç nə. Gah pambıq əkirik, gak çəltik, gah da subtropik bitki. Hesab edirəm ki, ilk növbədə taxılçılığa diqqət yetirilməlidir”.

Sabiq deputat qeyd edib ki, bu mənada Kənd Təsərrüfatı Nazirliyinin üzərinə böyük mnəsuliyyət düşür:

“Bunun üçün bizdə münbit şərait, boş ərazilər də var. İşğal olunan ərazilər düşməndən azad edildikdən sonra min hektarlala ərazilər var ki, həmin ərazilərdə taxıl əkilməlidir”. Cahangir Hüseynov onu da qeyd edib ki, bütün halda əhalimiz ajiotaja, təxribata getməməlidir: “Ehtimal etmək olar ki, yaxın vaxtlarda bu məsələyə Nazirlər Kabinetində baxılacaq”.

Sabiq millət vəkili onu da deyib ki, bu sahə ilə məşğul olan iş adamlarına dotasiya verilməlidir:

“Bir müddət sonra yaz mövsümü gələcək və hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi vaxt itirmədən bu məsələyə baxmalıdır və Azərbaycan özünü taxilla təmin etmək gücünə malik olmalıldır. Digər tərəfdən Azərbaycanda Taxıl Fondu deyilən qurum var və nə üçün bu fond vaxtında ölkəyə taxıl alıb gətirməyib. Bu gün də deyrlər ki, dünyada taxılın qiyməti qalxıb və buna görə biz də qiymətləri qaldırmağa məcburuq. Ümumiyyətlə, çörək qıtlığı Azərbaycana yaraşan hal deyil. Çünki biz neft ölkəsiyik və düşünürəm ki, Nazirlər Kabineti tərəfindən tezliklə bu məsələnin həlli istiqamətində ciddi addımlar atılacaq”.

Cahangir Hüseynov onu da deyib ki, Azərbaycan, xüsusilə Kənd Təsərrüfatı Nazirliyi vaxtında ölkədə taxılçılığın inkişaf etdirilməsinə nail olmalıd idi.



NEWSCENTER.AZ
Xəbəri paylaş