Newscenter.az.11.01.2022. Yeni Yol Partiyası və 24 iyun 1992-ci ildə dövlət qeydiyyatına alınmış Azərbaycan Dirçəliş və Tərəqqi Partiyaları birləşir.
Newscenter.az xəbər verir ki, bunun üçün Dirçəliş və Tərəqqi Partiyasının qurultayının keçirilməsi ilə bağlı qərar qəbul olunub və 5 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Təşkilat komitəsinin sədri isə Ramil Hüseynov seçilib.
Yeni Yol Partiyasının sədri Ramil Hüseynov partiyaların birləşməsi qərarına münasibət bildirərək deyib:
"Partiyanın növbəti qurultayı 22 yanvarda keçiriləcək. Qurultayın gündəliyinə yeni sədr seçkisi və digər təşkilati məsələlər salınıb. Eyni zamanda, partiyanın nizamnamisinə müəyyən dəyişikliklər edilməklə onu müasir dövrün reallıq və tələblərinə, siyasi şəraitinə uyğunlaşdırmaq nəzərdə tutulur”.
Mehman