Newscenter.az.11.01.2022. Magistral su xətlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu gün Bakının Nəsimi və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Suraxanı rayonunun Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Newscenter.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.
Sevinc