Newscenter.az.11.01.2022. Qəbələ sakini Bakıda binadan yıxılaraq ölüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, o, paytxatdakı binalardan birində usta işləyirmiş.
Belə ki, Qəbələ rayon Tikanlı kənd sakini, 1981-ci il təvəllüdlü Rahim İbrahim oğlu Cəlilov usta olaraq çalışdığı binadan yıxılaraq ölüb.
Məlumata görə, 41 yaşlı R.Cəlilov ailəsi ilə birlikdə Bakının Ramana qəsəbəsində yaşayıb və ev təmiri ilə məşğul olub.