Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda ötən ilin dekabr ayında gündəlik xam neft hasilatı 597,1 min barrel olub

Azərbaycanda ötən ilin dekabr ayında gündəlik xam neft hasilatı  597,1 min barrel olub


Newscenter.az.12.01.2022. 2021-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 717,6 min barrel olub. Bunun 597,1 min barrelini xam neft, 120,5 min barrelini isə kondensat təşkil edib.

Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, “OPEC plus” ölkələri nazirlərinin 22-ci iclasında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyinin dekabrda gündəlik 64 min barrel təşkil edəcəyi, gündəlik xam neft hasilatını isə noyabr ayı ilə müqayisədə 7 min barrel artırmaqla 654 min barrel həcmində saxlaması nəzərdə tutulurdu.

Nazirlərin 23-cü iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barrel artırılaraq 661 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 57 min barrel həcmində olması nəzərdə tutulur.

Sevin
Xəbəri paylaş