Newscenter.az.12.01.2022. 12 yanvar 2022-ci il tarixində gün ərzində Bakının Novxanı, Goradil, Kürdəxanı, Mehdiabad və Pirşağı qəsəbələrinin bağ masssivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə məlumat Newscenter.az-a «Azərsu» ASC-dən verilib. Bildirilib ki, buna səbəb magistral su xəttində aparılacaq təmir-bərpa və yenidənqurma işləridir.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Sevinc