Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Azərbaycan-Ermənistan arasında qəbul edilən üçtərəfli bəyannamələrin heç biri işlək deyil



Newscenter.az.12.01.2022. Rusiya-Azərbaycan-Ermənistan arasında qəbul edilən üçtərəfli bəyannamələrin heç biri işlək deyil. Hətta son Soçi və Brüssel anlaşması müəyyən ümidlər yaratsa da, regionda vəziyyət qismən dəyişən kimi Ermənistanın hadisələri fürsətə çevirmək istəyi, Rusiyanın isə imperiya iddiaları Azərbaycan-Ermənistan münasibətlərinə müsbət perspektiv vəd etmir. Biz hər gün Qarabağda, yaxud Azərbaycan-Ermənistan sərhədində Ermənistan və Rusiya tərəfindən növbəti təxribatlar gözlərkən, Türkiyə Ermənistanla münasibətlərində normallaşma prosesi gedir, bizim nəzarətimizdə olmayan Laçın dəhlizində də ruslar və ermənilər təxribat və at oynatmağa davam edirlər. Zəngəzurun "dəhliz" perspektivi üfüqdə belə görünməzkən nəyə görə Laçın dəhlizi bizim zərərimizə, rus, erməni və digər havadarların xeyrinə işləməlidir?

Natiq Miri-politoloq
Xəbəri paylaş