Sabah Azərbaycanda böyük külək elektrik stansiyasının təməli qoyulacaq
Tarix: 12-01-2022, 19:12
Newscenter.az.12..01.2022 Sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək. Xarici investorların hesabına Azərbaycanda böyük külək elektrik stansiyasının təməlj qoyulacaq.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
“240 meqavatlıq külək elektrik stansiyasının təməli qoyulur. Vəsaiti investorlar 100 faiz özləri təmin edəcəklər”, - Prezident vurğulayıb.