Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kapital bank pensiyaçıları tələyə salır



Newscenter.az.13.01.2022. bildiyiniz kimi “Kapital Bank” ASC-nin səhmlərinin 99.87 faizi “Paşa Holdinq”-ə məxsusdur və ölkə üzrə pensiyaların yarısını da bu bank ödəyir.

Diqqət edin və görün ki, bu qədər sərvət sahibləri olanlar pensiyaçıların cibinə necə girirlər. Hər kəsə məlumdur ki, hazırda aztəminatlılar arasında birinci yerdə işsizlər, sonra isə pensiyaçılar gəlir. Kapital bank işsizlərə kredit vermir, amma pensiyaçılara bonus təklif edir. Kapital bankın bankomatından pensiyasını alan hər kəsə təklif edilir ki, 100 manat əlavə pul götürün və bunu edənlərin gələn aykı ödənişindən 106 manat tutulacaq.

Əlacsız qalan, işıq-qaz pulunu, ərzağını və dərmanını aydan aya çatdırmayan pensiyaçıların çoxu da bu ilk baxışdan cəlbedici olan təklifə aldanırlar, bəli düyməsini basır və əlavə 100 manat götürərək sevinə-sevinə gedirlər. Pensiyaçılar çox vaxt düşünmürlər ki, belə soyğunçu təklifi qəbul etməklə özünün məsrəflərini və Kapital bankın gəlirlərini artırırlar.

Əslində bu yalnız pensiya alanda deyil, hər zaman təklif olunur və ayın bir günü təqaüdünü xərcləyib bitirən pensiyaçılar bu bonusu çəkə və tələyə düşə bilərlər. Bu tələyə bir dəfə düşən pensiyaçılar, heç zaman ordan çıxa biməyəcək və hər ay 100 manat əlavə pul çəkmək məcburiyyətində qalacaq və bir gün də görəcək ki, gələcək pensiyaları da borca silinib.

Gəlin birlikdə sadə hesablama aparaq, əgər bu təklifdən pensiyaçıların 40 faizi istifadə etsə bu təxminən 500 min nəfər deməkdir. Beləliklə də Kapital bank ildə 1 pensiyaçıdan 72 manat, 500 min pensiyaçıdan isə 36 milyon manat qazana bilər. Bu qədər insafsızlıq olarmı?

Əziz izləyicilər, dəyərli dostlar, xahiş edirəm bu postu maskimum paylaşasınız ki, pensiyaçıların tələyə düşüb aldanmasına yol verməyək.
İzləyiciləri çox olan Facebook və digər sosial şəbəkə istifadəçilərindən də xahiş edirəm ki, bu yazını ayrıca status kimi post etsinlər.

Mətbuat nümayəndələrindən də xahiş olunur ki, bu yazını dərc etməklə ictimailəşdirilməsinə dəstək olsunlar.

Qubad Ibadoğlu-iqtisadçı ekspert
Xəbəri paylaş