Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Təxribatlar törətmək, Ermənistanın ağır məğlubiyyətinin göstəricisidir



Newscenter.az.13.01.2022. “Ermənistan tərəfinin törətdiyi təxribatlar ermənistanın iç üzünü, terror xislətini ortaya qoymaqla yanaşı, regionda sülh və sabitliyin təmin olunmasına təhdidlər yaradır. Qalib Azərbaycan ordusu tərəfindən Ermənistanın törətdiyi bütün təxribatların qarşısı hər zaman qətiyyətlə alınmışdır və baş verən təxribatlar Ermənistan üçün ağır nəticələnmişdir.

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. Sədaqət Vəliyeva bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı ağır məğlubiyyətə uğramış Ermənistan, müharibənin şokundan hələ də ayılmayıb, ac toyuq yuxusunda darı görən kimi xam xəyallar qurub, xülyalarla yaşayırlar:

“Dünya cəmisi 44 gün ərzində erməni mifinin necə darmadağın olmasının, ermənistan ordusunda hökm sürən biabırçılıqların şahidi oldu. Məhz təxribatlara əl atmaq Ermənistanın ağır məğlubiyyətinin acısından irəli gəlir”.

Ermənistan mövcud vəziyyəti yenə də düzgün dəyərləndirmir, təxribatlara əl ataraq öz sonunu yaxınlaşdırır - deyən Sədaqət Vəliyeva əlavə edib ki, belə vəziyyətdə Ermənistanın yalnız və yalnız bir xilas yolu vardır:

"Revanşist və terrorçuluq siyasətinə son qoyaraq, sülh siyasətinə qoşulmaq və Azərbaycan ilə yekun sülh sazişi bağlamaq. Əks təqdirdə bu cür davam etməklə Ermənistanda hökm sürən böhran daha dərinləşəcək və Ermənistan bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalacaq: Ermənistan hakimiyyəti heç bir zaman unutmamalıdır ki, Cənab Prezident İlham Əliyevin dəmir yumruğu yerindədir. Əgər Ermənistan terrorçuluq və revanşist siyasətinə son qoymasa, “Dəmir yumruq” yenidən işə düşəcək və onların başlarını əzəcək”

Ruhiyyə
Xəbəri paylaş