Newscenter.az.14.01.2022. Şabran Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Belə ki, Xızı rayon sakini Yəhya Səfərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb.
Y.Səfərov RPŞ-nə aparılaraq həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib.
Qeyd edək ki, avtomobildə olan sərnişin Xızı rayon sakini Loğman Məmmədovun üzərinə baxış keçirilən zaman isə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır, bu istiqamətdə tədbirlər davam etdirilir.
Mehman