Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda daha 653 nəfər koronavirusa yoluxub



Newscenter.az.14.01.2022. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 653 yeni yoluxma faktı qeydə alınıb, 488 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 624 208 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 607 885 nəfər müalicə olunaraq sağalıb, 8 497 nəfər vəfat edib, aktiv xəstə sayı 7 826 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 275, ötən müddət ərzində isə ümumilikdə 5 987 010 test aparılıb.
Xəbəri paylaş