Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni ildə iri addımlarla irəli



Newscenter.az.14.01.2022. 13 yanvar 2022-ci il tarixində "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlinin qoyulması Azərbaycan iqtisadiyyatına bir sıra mühüm töhfələr verəcək.

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək "Xızı-Abşeron" Külək Elektrik Stansiyası il ərzində 220 million kubmetr təbii qaza qənaət etməklə yanaşı, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması, enerji təminatının yaxşılaşdırılması və ətraf mühitin çirklənməsinin qarşısının alınması baxımından əhəmiyyətlidir. Bu amillərlə yanaşı, "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının inşası bir sıra mühüm iqtisadi əhəmiyyət daşıyır. "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanda qeyri-neft sektorunun inkşafına təkan verəcək, yeni iş yerləri yaradılacaq, qaz və elektrik enerjisinin ixracının artması nəticəsində dövlət büdcəsinə əlavə gəlirlər daxil olacaq.

Təməlqoyma mərasimində çıxış edən cənab Prezident İlham Əliyevin ilk olaraq bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etməsi ölkə başçımızın bir daha öz xalqına olan sevgisinin və hər zaman xalqı üçün çalışmasının göstəricisidir. Dünya iqtisadiyyatında böhranlarla yanaşı koronavirus pandemiyasının hökm sürdüyü bir zamanda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlinin qoyulması və Azərbaycan iqtisadiyyatına xarici investisyanın cəlb edilməsi İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətinin nəticəsidir. Eyni zamanda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlinin qoyulması Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasının və Azərbaycana olan yüksək inamın göstəricisidir.

Sədaqət Vəliyeva-Mili Məclisin deputatı
Xəbəri paylaş