Newscenter.az.15.01.2022. Belarusda sürəti 32 m/s-yə çatan güclü külək 450-dən çox yaşayış məntəqəsinə zərər vurub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Təbii fəlakət nəticəsində 427 yaşayış evinin, 66 sosial-mədəni obyektin, 20 istehsal və 602 kənd təsərrüfatı binasının damına zərər dəyib.
Ölkənin bəzi rayonlarında ağaclar qırılaraq, dəmir yollarının və elektrik naqillərinin üzərinə düşüb.