Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu ay Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" statusu və təqaüdü veriləcək



Newscenter.az.15.01.2022. “Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzləşmiş elektron informasiya sistemi olan Zəfər altsisteminə daxil edilən şəxslərlə bağlı işlər ayın sonunadək yekunlaşdırılacaq”.

“Report”un xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Babək Hüseynov deyib.

O bildirib ki, Vətən müharibəsi iştirakçıları yanvar ayı ərzində "Müharibə veteranı" statusunu və vəsiqəsini, həmçinin aylıq 80 manat təqaüdü ala biləcəklər.
Xəbəri paylaş