Newscenter.az.15.01.2022. Qazaxıstanda iğtişaşlarda 225 nəfər ölüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Baş Prokurorluğu məlumat yayıb.
Ölənlərin 175 nəfəri tibb müəssisələrində dünyasını dəyişib. Onlar arasında 19 polis və hərbçi var.
Məlumatda, həmçinin 4 578 insanın yaralandığı deyilir.
Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.