Newscenter.az.16.01.2022. “Heç bir uşaq dövlət himayəsindən kənarda qalmamalıdır və uşaq dövlətin himayəsinə götürüləndən sonra o, kimsəsiz deyil, o, bizim uşaqdır, dövlətin uşağıdır, Azərbaycanın uşağıdır”. Ümummilli Lider Heydər Əliyev
15 yanvar 2022 ci il tarixdə Gəncədə 11 yaşından uşaq evində böyüyən,müəssisədən bu il məzun olan Günay Vəliyevanın toyu,Azərbaycanın tanınmış rəssam-modelyeri, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti,ASQİB-nin həmsədri Fəxriyyə xanım Xələfova və Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin təsisçisi və sədri,Tərəqqi medalı, 3 cü dərəcəli Əmək ordeni laureatı Zemfira xanım Ağayevanın təşəbbüsü ilə çox yüksək səviyyədə keçirildi.
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti və Heydər Əliyev Fondunun Prezidentin Mehriban xanım Əliyeva tərəfindən valideyn himayəsindən məhrum qızımıza ev hədiyyə edildi.Ulu öndər Heydər Əliyevin fikirlərini fəaliyyətində hər zaman rəhbər tutan Azərbaycanda bu kimi xeyriyyəçilik tədbirlərinin ilk addımını, məhz ölkənin Birinci xanımı Mehriban xanım Əliyeva ataraq, belə xeyriyyəçilik institutunun təməlini qoydu.İnsanlıq naminə həyata keçirdiyi əməlləri ilə YUNESKO və İSESKO kimi nüfuzlu beynəlxalq təşkilatların xoşməramlı səfiri titulunu qazanmış Mehriban xanımın xeyriyyəçiliklə bağlı düşüncələri fəlsəfiliyini saxlamaqla yanaşı, həm də daha praktikdir, əlçatandır: “... xeyriyyəçilik - insanların hər hansı direktiv və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir".
Etiraf edim ki, Mehriban xanım Əliyeva personasından yazmaq bir sıra səbəblərdən çətin və məsuliyyətlidir.Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir.
Cümləni sırf o səbəbdən tamamlamıram ki, xeyli oxucunu mövzudan uzaqlaşdırmayım. Mehriban Əliyeva ölkənin həm də birinci vitse-prezidenti olsa da, məqsədim siyasi portret deyil.Tutduğu siyasi post, hakimiyyətdə gəlib-gedənlər, dünyadakı başqa qadın siyasətçilərindən fərqli olaraq onun illərdir yaranmış müsbət obrazından heç nə qopara bilməyib.
Mehriban Əliyeva...
Evdar qadın ona prezident ailəsi üçün bişirdiyi tortu öz sosial hesabından paylaşdığına, məktəbli qız onun nazı ilə oynaya-oynaya selfi çəkdirdiyinə, qaçqın qadın onun sözünü yerə salmayıb günlərin birində qəfil kasıb daxmasına qonaq gəldiyinə, xəstə ana övladının müalicəsi, bir ata ana himayəsindən məhrum Günay isə evlə təmin olunduğu və onun üçün hər cür dəstəyə minnətdardır.Bu siyahını dahada uzada bilərəm.Adı yüz minlərin, milyonların qəlbində ümid yerinə, xeyirxahlıq, haqq-ədalət ünvanına çevrilib. Dara düşən, həlli müşkül problemlərlə qarşılaşan yüz minlərlə insan, ilk növbədə, onun adını tutur və heç biri ümidsiz qalmır.
Azərbaycan çapında xeyriyyəçilikdən söhbət düşəndə ilk öncə Mehriban xanımı düşünürük.
Bir gülnən də bahar olarmış.
O, bunu sübut etməyi bacardı!
Həyatı boyu xeyirxahlıqdan qanad taxan insanın ayrı nə qisməti olar ki!
Sərvəti ilə deyil, xeyirxah əməlləri ilə zəngin olanlar isə əbədiyaşarlıq və ehtiram qazanıblar
***
Toya ASQİB-nin dəvəti ilə məndə böyük bir qrupla doğma yurd-yuvam olan Gəncə şəhərinə yollandım və çox böyük məmnuniyyətlik hissi ilə toyda iştirak etdim.
Toyda ölkənin tanınmış ictimai-siyasi xadimləri, jurnalistlər, elm və sənət adamları, ictimai fəalların iştirakını izlədikcə xeyriyyəçiliyin elmi, savadı, qəhrəmanlığı, şücaəti və mərhəməti ilə müsəlman aləminin ideallarından, peyğəmbər əleyhissəlamın ən sadiq ardıcıllarından olan görkəmli bir şəxsiyyətin adına bağlanmasının təsadüfi olmamasına bir daha əmin oldum.Bu gün xeyriyyəçilik ənənələrinin geniş yayılması, bu savab işə könül verməsi dövlətimizin apardığı sosial siyasətə mühüm dəstəkdir.Toy sona yetənəcən Günayın xoş gününün təşəbbüskarları iki xeyriyyəçi Fəxriyyə xanım Xələfova və Zemfira xanım Ağayevanın ev sahibliyi etməsini, əsl ana kimi sevinclərini, toya çəkdikləri zəhmətin bəhrəsini gördükcə qəlblərinin fərəhlənməsini izləmək ürəyimi qürurla,fəxarətlə doldururdu.
Nə yaxşı dünyada yaxşılar varmış. Yaxşılıq etmək, fəzilətlərlə yaşamaq, ...onlardan öyrənilə-öyrənilə yaşamaq, son nəfəsəcən..
Bu iki xanımda mənəvi-əxlaqi dəyərlərlə, təfəkkür və istedadla yanaşı, xeyirxahlıq, mərhəmət kimi hisslər də genlərdə kodlaşıb.
Bəli, xeyriyyəçilik fəlsəfəsinin əsası, ilk növbədə, insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, altruizm, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir.
Səadətdən,səxavətdən ucadır,
Yer üzündə bəşər kimi qocadır,
Dünya boyda, ancaq üçcə hecadır,
İnsan gedər, adı qalar yaxşılıq,
Gedənləri yada salar yaxşılıq.
Hardansa oxuduğum və yaddaşıma həkk olan bu poetik misralarda gözümün önündə sevimli xanımların obrazını canlandırdı. Axı, xeyriyyəçi insanların ömrü elə bir ömürdür ki, gözlərinin nurunu, ürəyinin hərarətini təmənnasız olaraq ehtiyacı olanlar ilə paylaşır, onların gələcək həyat yollarında nurlu mayaka çevrilir.
Xeyirxah olmaq üçün insan ilk növbədə mənən zəngin, böyük ürək sahibi olmalıdır. Elədiyi yaxşılığı ögey-doğmalıq qoymadan, təmənna-minnət gözləmədən...
Bir aqildən soruşurlar: Yaşamaqmı gözəldi, yaşatmaqmı? Aqil cavab verir ki, yaşada-yaşada yaşamaq daha gözəldi. Yəni sən ömrünü xalq üçün, dövlət üçün yaşayırsansa, yaşadırsan. Və gözəl yaşayırsan.Bu faktda fərdi rəğbətdən daha çox xəlqi rəğbət duyulurdu. Bu rəğbət, əslində, xalq üçün, dövlət üçün, dövlətçilik üçün, xalqın bir övladı üçün necə sahibləndiyinin yönümünü bəlləyən nümunə idi. İllərlə ASQİB-nin təsisçisi, sədri və həmsədri xanımlar bu kimi minlərlə xeyriyyəçi işlərin icraçısı olub,olmağada davam edirlər...
PS: Bu şərəfli günə, belə tarixi anlara dəvət almaq, iştirak etmək məni çox sevindirdi.Çox böyük məhəbbətlə,həvəslə Günaya olan arzularımı bir daha çatdırmaq istəyirəm.Xoşbəxtliyə layiq olan qızımıza o andan ürəyimdə saysız hesabsız arzular oldu. Hətta bura sığmayacaq qədər çox...
Günay sənə çox amma çox xoşbəxt olmağını arzulayıram,Həmin gün bütün xalqım sənə olan arzusu o idi gözəl qız, həyat sənin üçün sıfırlansın və hər şeyə yenidən başlayasan...
Bir ömür birlikdə addımlamağa qərar verdiyiniz bu gündən kainatın Günəşi sizin ömür yolunuzda hər zaman irəlidə olsun, öz nurunda arxanızda olan kölgələri yox etsin! AMİN!!!
Aygül Bağırova-YAP fəalı