Hacıqabul sakinlərindən “patı” və heroin aşkarlanıb
Tarix: 16-01-2022, 16:27
Newscenter.az.16.01.2022. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri İlqar Babayev və Coşqun Ocaqov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin və heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.
Mehman