Newscenter.az.16.01.2022. Neçə gündür Türkiyə gündəmində Atatürk Anıtkabiri ziyarət edən Bülənt Ərsoya bir əsgərin çətir tutması müzakirə edilir. Hansısa bir sənətçiyə əsgərin çətir tutması orduya təhqir kimi qəbul edilib və Müdafiə Nazirliyi araşdırma başladaraq Anıtkabir abidə kompleksinin yüksək rütbəli rəhbərini işdən çıxartdılar.
Azərbaycanda isə şoumen, tv aparıcısı ordunun böyük bir hissəsini, hansı ki, əksəriyyəti müharibədə şəhid və qazi olan maxeləri təhqir edir, cəzasız qalır. Üstəlik cəza tələb edənlərə də məsul şəxs açıqlama verir ki, ordunun böyük bir hissəsini kütləvi təhqir edən şəxs özü etdiyi əmələ görə açıqlama verib.
Türkiyədən öyrənəcək çox şeylər var cənablar!
Müharibədə canını qoyanları müdafiə etməyi öyrənin, ordunun dəyərli olduğunu anlayın. Bax buna görə Türkiyədə bir oğlu şəhid olan valideyn digər oğlanlarım da vətənə fəda olsun deyir. Çünki Türkiyədə şəhidin, qazinin, əsgərin dəyəri bilinir.
Deməli məlum şəxs sərt şəkildə cəzalanmasa biz də belə edirik:
İstənilən məmuru və qurumu öncə ən ağır şəkildə təhqir edirik, sonra sosial şəbəkədə açıqlama verərək cəzasız qalırıq. Şoumenə olarsa, bizə də olar. Şoumeni cəzasız qoyanlar digərlərinə də söz deyə bilməz.
İlyar İslamoğlu-siyasi ekspert